Paşinyan Arutyunyanı məhkəməyə çağırtdırdı – Şuşa işi

Paşinyan Arutyunyanı məhkəməyə çağırtdırdı - Şuşa işi

Xankəndidəki saxta, separatçı rejimin keçmiş “müdafiə naziri” Mikayıl Arzumanyanın cinayət işi ilə bağlı dindiriləcək şəxslərin adları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, İrəvandakı Antikorrupsiya Məhkəməsinə Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş baş qərargah rəisi Onik Qasparyan, separatçı rejimin “keçmiş müdafiə naziri” Cəlal Arutyunyan, separatçıların lideri Araik Arutyunyan dəvət ediləcək.

Qeyd edək ki, Arzumanyan 2022-ci ilin sentyabrın 1-dən həbsdədir. O, Şuşanın müdafiəsində yol verdiyi səhlənkarlıq ittihamı ilə saxlanılıb.

İlkin Həsənov
Globalinfo.az