Paşinyan sərhəd gərginliyindən danışdı: Nəticələri olacaq!

“Fevralın 13-də Azərbaycanla sərhəddə baş verən hadisələrdə Ermənistan əsgərlərinin əmri pozduğu üzə çıxarsa, bunun hüquqi nəticələri olacaq”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan şərti sərhəddə yerləşən Nerkin-And kəndi istiqamətində gərginliyə münasibətdə deyib.

Baş nazir sərhəddə atəşkəs rejiminin pozulmaması, təxribatlara yol verilməməsi ilə bağlı müdafiə nazirinin konkret əmrinin olduğunu bildirib.

N.Paşinyan atışma nəticəsində ölən hərbçilərin ailələrinə başsağlığı verib.

Əliyar Xəlil
Globalinfo.az