Paşinyan 1 həftə sonra mühüm bəyanat verə bilər – KİV

“Nikol Paşinyan son çıxışında “erməni soyqırımı” ifadəsini işlətməməklə bu məsələni şübhə altına alır, ondan açıq şəkildə imtina edir”.

Globalinfo.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazıb.

Nəşr bildirir ki, artıq hakim “Mülki müqavilə” fraksiyası qondarma “erməni soyqırımı” məsələsini gündəmdən çıxarır:

“Hökumət bunun Türkiyənin Ermənistanla münasibətlərin yumşamla istiqamətində ilk tələbi olduğunu düşünür. Paşinyan son çıxışında soyqırımı məsələsinin Rusiyanın Türkiyəyə qarşı “kart”ı olması fikrini təbliğ etməyə çalışdı. Yəni Rusiya Türkiyə ilə münasibətlərin gərgin olduğu və NATO-nun yaradıldığı 1940-cı illərdə bu iddianı gücləndirib.

Ümumiyyətlə, erməni xalqını qəzəbləndirən əsas məsələnin Paşinyan “erməni soyqırımı” əvəzinə “böyük fəlakət” ifadəsini işlətməsi olub. İddia edilir ki, saxta soyqırımı iddialarının “ildönümü” – 24 aprel tarixində baş nazir çox ciddi bəyanat verə bilər”.

Ayşən Mustafa
Globalinfo.az