Xameneidən HƏMAS-İsrail müharibəsinə REAKSİYA

“Fələstinli mücahidlərin keçirdiyi əməliyyatlar qürurverici və nümunəvidir”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.

“Onları cəsurluq, şücaət, müqavimətinə görə təbrik edirəm. Heç kim fələstinlilərin belə müqavimət göstərərək sionistləri təəccübləndirəcəyinə inanmırdı. Allahın köməkliyi ilə fələstinlilər qalib gələcəklər”, – Rəisi bildirib.

İranın Ali Dini lideri Xamenei də HƏMAS-ın hücumlarından danışıb.

“Biz bu hücumu planlayan bacarıqlı fələstinli gənclərin əllərindən öpürük. HƏMAS-ın hücumunun arxasında Tehran dayanmır”, – Xamenei deyib.

Ayşən Mustafa
Globalinfo.az