Ana dilində danışa bilməyən naziri spiker belə biabır elədi – VİDEO

 

Ana dilində danışa bilməyən naziri spiker belə biabır elədi - VİDEO

Qırğızıstan parlamentində nazir rus dilində danışmaq istəsə də, spiker Nurlanbek Şakiyev buna yol verməyib.

Globalinfo.az xəbər verir ki, görüntülər Qırğızıstanın “AKİ”-tv kanalında yayımlanıb. Belə ki, iclas zamanı ölkənin təbii resurslar, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova qırğız dilində salamlaşdıqdan sonra çıxışına rus dilində başlamaq istəsə də, spiker onu dayandıraraq çıxışını rus dilində etmək üçün kimdən icazə aldığını soruşub.

Nazir isə cavabında deputatlardan və Şakiyevin özündən icazə aldığını deyib. Spiker isə “Nə vaxt? Mən indi görürəm. Burda qaydalar belədir, dövlət dilində çıxış etmək lazımdır. İcazə belə almayın”, – deyə spiker deputata iradını bildirib. Spikerin iradlarından sonra Kutmanova razılaşıb. Lakin görüntülərdən də aydın olur ki, nazir qırğız dilində danışmaqda çətinlik çəkir.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az