Parisin hiyləgər Cənubi Qafqaz Planı: Sərhəd təxribatını əslində…

 

Paris – France

Fransa Azərbaycana müharibə elan edib. Son proseslər bunu deməyə əsas verir. Paris Ermənistanı Azərbaycana qarşı qoyur və Cənubi Qafqazı qarışdırmaq istəyir. Bir çox ekspert son sərhəd təxribatında Fransanı günahlandırır. Bəzi rəylərdə isə təxribatda Moskvanın da adı çəkilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Cənubi Qafqazda gedən proseslərdə Fransa aktiv rola malikdir:

“Rəsmi Paris Azərbaycanı regionda tamhüquqlu dövlət kimi görmür. Bunu da açıq-aşkar göstərir. Paris əlindən gələni edir ki, regionda öz geosiyasi ambisiyalarına çatsın.

Ermənistan faktiki olaraq Fransanın geopolitik ambisiyalarında fəal alət rolunu oynayır. Burada Fransa həm mülkü missiyanın Ermənistana yerləşdirilməsinə, həm də Aİ maraqları adı altında öz maraqlarını regionda təmin etmək istəyir.

Parisin bu planları və destruktiv mövqeyi onu Bakı nəzdində etibarsız vasitəçi edir. Təsadüfi deyil ki, Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan görüşə Fransa Prezidenti Emmanuel Makron dəvət edilmədi.

Fransa bu gün də Ermənistan üzərindən regionda gərginlik yaratmaq və bunu bəhanə edərkən öz hərbi kontingentini regiona gətirmək istəyir. Bu isə öz növbəsində Rusiya və Türkiyənin maraqlarına ziddir. Sonuncu sərhəd təxribatı da mümkündür ki, bu məqsədlə Parisin təhriki ilə baş tutub”.

Turan Rzayev
Globalinfo.az