
Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərdə lider olan solçu Yeni Xalq Cəbhəsinin tərəfdarları Parisin mərkəzindəki Respublika meydanında mitinqə başlayıblar.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, minlərlə solçu tərəfdarı meydana axışıb və nəqliyyatın hərəkətinə mane olub.
Nümayişçilər əllərində Fransanın üçrəngli bayrağı və qırmızı bayraqları tutub, “Biz qalib gəldik!” şüarları səsləndirirlər.
Meydana xeyli polis cəlb edilsə də, onlar mitinq iştirakçılarına yaxınlaşmır, nümayiş keçirmələrinə mane olmurlar.
Qeyd edək ki, Milli Assambleyaya 577 deputatdan ibarət növbədənkənar seçkilərin ilkin nəticələrinə görə, Yeni Xalq Cəbhəsi 175-dən 205-ə qədər, “Respublika Naminə Birgə” prezident koalisiyası 150-dən 175-ə qədər mandat qazanıb. Sağçı “Milli Mitinq” partiyası üçüncü nəticəyə nail olub və parlamentin aşağı palatasında 115-dən 150-yə qədər mandata malikdir.
Globalinfo.az














