Paris çətin durumda: Problem böyüyür – 5 il vaxt var

Paris çətin durumda: Problem böyüyür - 5 il vaxt var

Fransa iqtisadiyyatı büdcə kəsirinin və dövlət borcunun artmasına görə çətinlik yaşayır.

Globalinfo.az xəbər verir ki, bu məlumat “Fiç Reytinq” agentliyinin hesabatında yer alıb.

Təşkilat Parisin uzunmüddətli defolt reytinqinin proqnozunu stabildən neqativə doğru dəyişib.

Hesabatda bildirilir ki, Fransada 2024-cü ildə defisit avrozonada ikinci ən böyük kəsir olacaq və “AA” kateqoriyalı ölkələrin proqnozlaşdırılan orta kəsirini 3 dəfə üstələyəcək.

Təşkilat həmçinin Fransa büdcəsinin cari ildə kəsrinin ÜDM-nin 6,1%-nə bərabər olacağını bildirib. Şirkət Parisin sözügedən kəsri 2029-cu ildə azaltmasının mümkün olduğunu açıqlayıb. Bu isə öz növbəsində ölkənin investisiya cəlbediciliyini azalda bilər.

Əliyar Xəlil
Globalinfo.az