Paris-2024: Güləşçimiz yarımfinal görüşünü keçirdi

Paris-2024: Güləşçimiz yarımfinal görüşünü keçirdi

Giorgi Meşvildişvili Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

125 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Geno Petriaşvili (Gürcüstan) ilə qarşılaşıb.

Təmsilçimiz bu görüşdə rəqibinə 0:7 hesabı ilə məğlub olub. Meşvildişvili bürünc medal uğrunda Türkiyəli güləşçi Taha Akgül ilə görüşəcək.

***

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında medal qazanmaq şansını itirib.

Globalinfo.az bildirir ki, 74 kq çəki dərəcəsində yer alan idmançının 1/8 finalda uduzduğu rəqibi – Albaniya təmsilçisi Çermen Valiyev finala yüksələ bilməyib.

O, 1/4 finalda özbəkistanlı Razambek Camalova yenildiyi üçün güləşçimizin mükafat əldə etmək şansı qalmayıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***15:09

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Globalinfo.az bildirir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxtur (Monqolustan) ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (12:2) yarımfinala yüksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

X X X

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları davam edir.

Globalinfo.az xəbər verir ki, bu gün bədii gimnastika üzrə qrup hərəkətləri komandalarının təsnifat mərhələsi start götürüb.

Mərhələnin ilk hissəsində Azərbaycan gimnastları da öz bacarıqlarını nümayiş etdirib. Qızlarımız ilk olaraq halqalarla bacarıqlarını sərgiləyib. Çıxışımız 33,850 xalla qiymətləndirilib. İlk cəhdlərdən sonra gimnastlarımız 24 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.

İkinci cəhddə qızlar lent və topla bacarıqlarını göstəriblər. Onların çıxışı 28,150 xalla qiymətləndirilib. Yekunda 8-ci pillədə qərarlaşan komandamız final mərhələsinə yüksəlib.

Komandamız Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan təşkil olunub.

Qeyd edək ki, çıxışların sonunda ilk 8 yeri tutmuş komanda sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Paris-2024: Azərbaycan gimnastları final mərhələsinə vəsiqə qazanıb

***14:50

Paris Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Globalinfo.az xəbər verir ki, bu gün sərbəst güləşçilərimiz döşək üzərinə çıxıb.

74 kq çəki dərəcəsində 1/8 final mərhələsindən mübarizəyə qoşulan təmsilçimiz Turan Bayramov albaniyalı Çermen Vəliyevlə üz-üzə gəlib.

Rəqibinə 3:4 hesabı ilə məğlub olan güləşçimiz növbəti mərhələyə yüksələ bilməyib.

Turan Bayramov

***14:16

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Globalinfo.az bildirir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Meşvildişvili (4:0) 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paris-2024: Güləşçimiz yarımfinal görüşünü keçirdi

***13:49

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Globalinfo.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət bu dəfə 3 lent və iki topla bacarıqlarını göstərib.

Yığma 28.150 xala layiq görülüb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***13:35

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında ilk cəhdlərdən sonra mövqeyi bəlli olub.

Globalinfo.az xəbər verir ki, yığma hazırda 7-ci pillədə qərarlaşıb.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalarla hərəkətdə 33.850 xala layiq görülmüşdü. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.

Təsnifat mərhələsində 24 kollektiv mübarizə aparır. Ən ən yaxşı milli finala vəsiqə qazanacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***12:18

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Globalinfo.az xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət ilk olaraq halqalar ilə hərəkətlərdə çıxış edib.

Yığma 33.850 xala layiq görülüb. Komanda lentlərlə də bacarıqlarını göstərəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***09:09

Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək.

Globalinfo.az bildirir ki, ilk olaraq bədii gimnastika üzrə qrup hərəkətləri komandamız çıxış edəcək.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət halqalar (12:00) və lentlə (13:10) bacarıqlarını nümayiş etdirəcəklər.

Güləşçilərimizdən isə Turan Bayramov (74 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.

Onlar 1/8 finalda müvafiq olaraq misirli Diaeldin Abdelmottaleb və albaniyalı Çermen Valiyevlə üz-üzə gələcəklər. Güləş yarışları Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Bundan əlavə, boksçu Alfonso Dominqes (92 kq) final qarşılaşmasını keçirəcək. O, qızıl medal uğrunda görüşdə Özbəkistan təmsilçisi Lazizbek Mullojonovun müqavimətini qırmağa çalışacaq. Döyüş avqustun 9-dan 10-na keçən gecə, saat 00:34-ə təyin edilib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb. Boksçu Alfonso Dominqes (92 kq) isə finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.