Papua Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verdi

Papua Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ baş verdi

Papua Yeni Qvineyanın sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi elan olunmayıb.