Hindistan Pakistanla yalnız Kəşmir və terrorçuluqla mübarizə məsələləri ilə bağlı danışıqlar aparacaq.
Globalinfo.az xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi xalqa müraciətində deyib.
Onun sözlərinə görə, Pakistanla danışıqlar yalnız terror və Kəşmirin Pakistanın nəzarətində olan hissəsinin qaytarılması ola bilər, başqa heç nə.
“İndi müharibə dövrü deyil, amma terrorçuluq dövrü də deyil”, – Modi əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az














