Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi

Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi

Pakistanın şimal-qərb əyaləti olan Hayber-Paxtunxvada silahlı qruplaşmaların nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi həlak olub.

Globalinfo.az-ın Oxu.Az-a istinadən verdiyi məlumata görə, hücum nəticəsində daha beş nəfər ağır yaralanıb.

Məlumata görə, məntəqəyə 30-a qədər terrorçu hücum edib, atışma bir neçə saat davam edib.

Qeyd edilir ki, terrorçular nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə, oradakı rabitə avadanlığını məhv etməyə və silahları ələ keçirməyə nail olublar.