Pakistanda minlərlə insan bu səbəbdən xəstəxanalara yerləşdirildi

Minlərlə pakistanlı anomal istilər səbəbindən xəstəxanalara yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə  Associated Press” nəşri səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, şiddətli istilər Pakistanda, xüsusən də onun ən böyük şəhəri olan Karaçidə normal həyatı pozub.

Sind əyalətində havanın temperaturu Selsi üzrə 47 dərəcəyə yüksəlib.

Əyalətin paytaxtı Kəraçinin səlahiyyətliləri insanları evdə qalmağa, su içməyə və lazımsız səyahətlərdən çəkinməyə çağırıb.

Sinoptiklərin fikrincə, may ayında başlayan istilər gələn həftə səngiyəcək.

Kəraçidə günlərlə davam edən isti dalğası iyirmidən çox insanın həyatına son qoyub, lakin heç bir hökumət rəsmisi bu rəqəmi təsdiqləməyib.

Müşviq Tofiqoğlu
Globalinfo.az