Türkiyənin əsas müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəlin deputat toxunulmazlığı ləğv edilə bilər.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdimat daxil olub.
Manisadan deputat seçilmiş CHP sədri ilə yanaşı digər müxalifət partiyası – İYİ Partiyanın fraksiya rəhbəri və Balıkesir millət vəkili Turhan Çömez, habelə CHP İstanbul millət vəkili Turan Taşkın Özerlə bağlı da müvafiq təqdimat verilib.
TBMM-nin komissiyası təqdimatı araşdıraraq, toxunulmazlığın ləğvini ümumi səsverməyə çıxaracaq.













