6780718f 55c2 4864 aa0f 62e1cd21814f 1 768x403 1

Özbəkistanın tanınmış jurnalistlərdən ibarət nümayəndə heyəti Azərbaycanda rəsmi səfəri çərçivəsində “Yeni Çağ” Media Qrupunu ziyarət edib.

Globalinfo.az Yenicag.az-a istinadən xəbər verir ki, ziyarətə Özbəkistan İttifaqları Federasiyasının sədr müavini, “Vətən” qəzetinin baş redaktoru, Özbəkistan Dövlət Ali Məclisinin Senatının üzvü Husan Ermatov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Halmurad Salimov, özbək şairi Şöhrət Arif “Yeni Çağ” Media Qrupunun redaksiyasının qonağı olublar.

Qonaqları “Yeni Çağ” Media Qrupunun təsisçisi və baş direktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər qarşılayıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında media əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında media sahəsində əməkdaşlıq və inkişaf məsələləri müzakirə edilib.

Görüşdə həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də iştirak edib.

Qeyd edək ki, sözügedən görüş iki ölkə arasında media sahəsində daha sıx əlaqələrin qurulmasına və gələcək əməkdaşlığın inkişafına töhfə verəcək.

Sonda nümayəndə heyəti ilə birgə xatirə fotosu çəkdirilib.

48d83d26 a641 46da a836 5270d9f9cbe3 bbcdad5e b68c 4dd2 973a c66c86b2a26e b5d55235 e0f8 4a41 a137 1a5f22106114 1 scaled 1 68f6949f cd20 4e10 a520 f2cfcaa1f07e

Paylaş: