Ötən il vəfat edən rejissorun meyiti Moskvadakı mənzilində tapıldı

Ötən il vəfat edən rejissorun meyiti Moskvadakı mənzilində tapıldı

Rusiyalı teatr rejissoru Svetlana Cimbinovanın meyiti Moskvanın Universitetski prospektindəki mənzilində tapılıb.

Globalinfo.az xəbər verir ki, barədə yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.

“İlkin məlumata görə, qadın ötən il dünyasını dəyişib. Onun yoxluğu ilə qonşuları maraqlanıb və polisə müraciət ediblər”, – məlumatda bildirilib.

Vurğulanıb ki, qadın təbii səbəblərdən ölüb. Cəsədin üzərində zorakılıq izlərinə rast gəlinməyib.

Qeyd edək ki, Svetlana Cimbinova 1940-cı il yanvarın 1-də anadan olub. O, teatr barədə onlarla əsər yazıb, altı tamaşaya quruluş verib.