“Azərbaycan daim hərbi təlimlər keçirib, ancaq deməliyəm ki, münaqişə tərəfi belə davranmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri separatçıların nümayəndəsi, qondarma “parlamentari” Minakse Akopyan deyib.
“Son günlərdə Araik Arutyunyandan eşidirik ki, bizi çətin günlər gözləyir. Bizim yerimizdə olan”ölkə” mütləq təhlükəsizlik barədə düşünməlidir. Biz təhlükəsizliyi gücləndirməli və təlimlərə başlamalıyıq”, – o bildirib.
Akopyan qeyd edib ki, bir qədər əvvəl Xankəndidə mağazaları gəzib, lakin orada çörəkdən başqa heç nə görməyib.
Tahir Turan















