Ordumuz “Smerç”ləri işə saldı: “düşmən” vuruldu – VİDEO

Ordumuz "Smerç"ləri işə saldı: "düşmən" vuruldu - VİDEO

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər:

“Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər”.

Ordumuz "Smerç"ləri işə saldı: "düşmən" vuruldu - VİDEO Ordumuz "Smerç"ləri işə saldı: "düşmən" vuruldu - VİDEO