“Orduda xidmət etməyib, menecer olub” – Zaxarova Ukrayna müdafiə nazirini tənqid etdi

“Orduda xidmət etməyib, menecer olub” - Zaxarova Ukrayna müdafiə nazirini tənqid etdi

Ukrayna nümayəndə heyətinə rəhbərlik edən Müdafiə naziri Rüstəm Umerovun hərbi təcrübəsi yoxdur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şəxsi teleqram kanalında paylaşım edib.

Zaxarova bildirib ki, Ukrayna müdafiə naziri heç vaxt orduda xidmət etməyib və bütün karyerası ərzində yalnız telefon şirkətində menecer vəzifəsində çalışıb. Onun sözlərinə görə, bu fakt Ukraynadan gələn nümayəndə heyətinin nə qədər “ciddi” olduğunu göstərir.

Bu açıqlama NATO-nun baş katibi Mark Ruttenin Rusiya nümayəndə heyətini qeyri-ciddi adlandırması və Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinskini “bir növ tarixçi” kimi təqdim etməsinə cavab olaraq verilib.

Zaxarova bu kontekstdə qeyd edib ki, Ukrayna tərəfinin nümayəndə heyətinə rəhbərlik edən şəxsin belə tərcümeyi-halı fonunda NATO-nun Rusiya nümayəndə heyətini tənqid etməsi riyakarlıqdır.

Tahir Turan 
Globalinfo.az