Orban özündən çıxdı: “Heç vaxt qəbul etməyəcəyik”

Orban özündən çıxdı: "Heç vaxt qəbul etməyəcəyik"

“Macarıstan Avropa Komissiyasının 2028-2034-cü illər üçün təklif etdiyi Avropa İttifaqı (Aİ) büdcəsini qəbul etməyəcək, çünki bu, vəsaitimizin Ukraynaya ayrılmasını ehtiva edir”. 

Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Budapeştin Brüsselin siyasətini dəstəkləmədiyini söyləyib:

“Mən heç vaxt Macarıstandan Ukraynaya pul göndərən Aİ büdcəsini qəbul etməyəcəyəm. Bu, fermerlərimizin əməyini məhv edir, ölkəmizi şantaja məruz qoyur. Macarıstanlıların yalnız Brüsselin müharibə, miqrasiya və transgender təbliğatına dəstək siyasətinə əməl etdikləri təqdirdə layiq olduqları vəsaiti alacaqlarını heç vaxt qəbul etməyəcəyəm”.

Əliyar Xəlil
Globalinfo.az