Onlara şəhid statusu veriləcək – RƏSMİ

İldırım vurması nəticəsində həlak olan mayor və əsgərin — Fotoları

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu – mayor Elşən Baxışlı və əsgər Əli Nağıyev ildırım vurması nəticəsində həlak olublar. Hadisə hərbçilərimizin xidməti vaxtında baş verib.

Globalinfo.az-ın məlumatına görə, Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.