Onlara böyük məbləğin verilməsi problemə səbəb ola bilər – Aydın Mirzəzadə

Onlara böyük məbləğin verilməsi problemə səbəb ola bilər - Aydın Mirzəzadə

Uşaq evlərində tərbiyə alan uşaqlar oranı bitirdikdə 17 yaşı olur. Onlar gözlərini açanda hər şeyin hazır olduğunu görürlər. Ərzaq almaq, ev qurmaq məsələlərində məlumatsız olurlar. Hər şey hazır şəkildə onlara verilir. Birdən-birə onlara böyük məbləğin verilməsi bəzi problemlərə səbəb ola bilər. Çünki bu məbləği necə istifadə edəcəklərini bilmirlər.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, həmin məbləğ mərhələli şəkildə verilməlidir:

“Həmin məbləği alan uşaqlar asanlıqla aldadıla bilərlər, yaxud da qeyri-istiqamətdə xərcləyə bilərlər. Həmin pulun xərclənməsi üzrə onlara hüquqi normativlər daxilində himayəçi təyin edilməlidir. Yaxud da hissə-hissə verilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az