“Rusiya vətəndaşlarının bir hissəsi Azərbaycan ərazisindən keçməklə İrandan təxliyə edilib”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
O bildirib ki, Azərbaycan ərazisindən keçməklə təxliyyə Rusiya vətəndaşlarının təhlükəsiz yerlərə çatmasına imkan verib.
Qeyd edək ki, Rusiya vətəndaşları Astara sərhəd-keçid məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib, daha sonra ölkələrinə göndəriliblər.













