Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivuda xüsusi elçilər təyin edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında yazıb.
“Onlar Hollivudun daha güclü olması üçün fəaliyyət göstərəcəklər. Bu şəxslər film və televiziya istehsalının mərkəzində mənim nümayəndəm olacaqlar. Əminəm ki, prezidentliyim müddətində Hollivudun qızıl dövrü qayıdacaq”, – deyə Tramp vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














