“Araz-Naxçıvan” “Omoniya”ya böyük hesabla uduzdu

"Araz-Naxçıvan" "Omoniya"ya böyük hesabla uduzdu

Araz-Naxçıvan” komandası UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin iki oyununda ümumilikdə qapısında doqquz qol görüb.

Naxçıvan təmsilçisi bu raundun cavab matçında, Kiprdə “Omoniya” kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Bakıdakı ilk görüşdə 0:4 hesabı ilə uduzan “Araz-Naxçıvan” turnirdə mübarizəni dayandırıb.

***

45+4-cü dəqiqədə “Omoniya”nın futbolçusu Evandro özünün ikinci qolunu vuraraq, fərqi 4 topa çatdırıb – 4:0.

***

Evandro 30-cu dəqiqədə fərqi üçə çatdırdı: 3-0

***

Jovetiç 23-cü dəqiqədə fərqi artırdı: 2-0

***

Rəqib komanda 7-ci dəqiqədə hesabı açıb: 1 – 0

***

“Omoniya” – “Araz-Naxçıvan” oyunu başladı.

***

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan) matçı üçün heyətlər bəlli olub.

Globalinfo.az xəbər verir ki, komandalar 21:00-da başlayacaq oyuna aşağıdakı tərkibdə çıxacaqlar:

“Araz-Naxçıvan“: 12. Kristian Avram, 23. Nuno Rodriqeş, 17. İssuf Paro, 26. Ömər Buludov, 44. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 7. Hamidu Keyta, 29. Vanderson Melo (k), 77. Bruno Aleksander

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İskəndərov, 19. Bar Kohen, 34. Ürfan Abbasov, 70. Çarles Boli

“Omoniya”: 40. Fabiano, 3. Kitsos, 5. Kulibali, 6. Eitinq, 7. V. Semedo, 8. S. Jovetiç, 11. Evandro, 21. Masuras, 30. Panagiotu, 31. Kusulos (k), 75. Loizu

Ehtiyat oyunçular: 23. Uzoho, 98. Kiriakidis, 2. Diounkou, 9. Stepinski, 10. Çatzigiovanis, 24. Xammas, 27. Simiç, 33. Musialovski, 44. Erakoviç, 85. Neofitu, 90. Konstantinidis, 14. Mariç.