Ömər aşırımında ağır qəza: 4 nəfər yaralandı

Ömər aşırımında qəzaya düşənlər Türkiyə vətəndaşları olub. 

Globalinfo.az lent.az-a istinadən bildirir ki, onlar tikinti şirkətlərindən birində çalışırmış.

Türkiyə vətəndaşlarını aparan “Pikap” Ömər aşırımından aşıb.

Nəticədə onlardan 4-ü xəsarət alıb.

***16:44

Kəlbəcərdə ağır yol qəzası baş verib. 

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə az əvvəl Ömər aşırımında qeydə alınıb.

Minik avtomobilinin aşırımdan aşması nəticəsində yaralananların olduğu bildirilir.

Araşdırma aparılır.