Slovakiyanın Baş naziri Robert Fitsoya içərisində güllə olan zərf göndərilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Aktuality” məlumat yayıb.
Zərfin birbaşa hökumət dəftərxanasına çatdırıldığı bildirilib.
Məlumata görə, baş nazirə ünvanlanan məktublar müəyyən idarələr tərəfindən yoxlanılır. Bu dəfə gələn şübhəli zərf diqqət çəkib və rentgen yoxlaması zamanı məktubda güllə aşkarlanıb.
Qeyd edək ki, 2024-cü il mayın 15-də Robert Fitso sui-qəsdə məruz qalmış, nəticədə yaralanmışdı.
Əliyar Xəlil
Globalinfo.az














