Ölkənin seysmik rayonlaşdırma xəritəsi hazırlanır

Ölkənin seysmik rayonlaşdırma xəritəsi hazırlanır

Respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması haqqında qərar qəbul edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə qərar AMEA Rəyasət Heyətinin növbəti iclasında verilib.

Bildirilib ki, Rəyasət Heyəti tərəfindən kompleks seysmoloji-geofiziki-geodinamik tədqiqatların daha da genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə respublika ərazisinin seysmik rayonlaşdırma xəritəsinin hazırlanması, mərkəzin maddi-texniki bazasının və proqram təminatının yenilənməsi və s. haqqında qərarlar qəbul edilib.