Oğuzhan Koç hakim qarşısına çıxacaq – İlginc səbəb

Oğuzhan Koç hakim qarşısına çıxacaq - İlginc səbəb

Türkiyəli müğənni Oğuzhan Koç ev sahibi ilə məhkəməlik olub.

Globalinfo.az xəbər verir ki, buna səbəb 2019-cu ildən Beşiktaşın Levent məhəlləsində yaşadığı mənzilin kirayəsi ilə bağlı yaranan fikir ayrılığıdır.

Belə ki, ev sahibi Günəş B. aylıq 85 min lirə aldığı mənzilin kirayə haqqını 350 min lirəyə qaldırıb. Oğuzhan Koç dəfələrlə artıma etiraz etsə də, tərəflər razılığa gələ bilməyib.

Nəticədə müğənni və sahibkar məhkəməyə müraciət ediblər.

Güneş B. ərizəsində artımın ədalətli olduğunu vurğulayıb. İfaçı isə kirayə haqqının mütəmadi olaraq artırıldığını, lakin əmlakın bu qədər baha olmasının mümkün olmadığını bildirib.

Müraciətində evdə geniş təmir işləri apardığını və xərclərini cibindən ödədiyini bildirən Koç zərər çəkdiyini qeyd edib.

Tərəflər yaxın günlərdə İstanbul Sülh Məhkəməsində hakim qarşısına çıxacaq.

Leyla Əlisoy
Globalinfo.az