Öcalan PKK terror təşkilatına müraciət etməyə hazırlaşır

Öcalan PKK terror təşkilatına müraciət etməyə hazırlaşır

PKK terror təşkilatının lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edə bilər.

Globalinfo.az xəbər verir ki, məlumatı “Türkiye qəzeti” yayıb.

Bildirilib ki, Öcalan tərəfdarlarını silahı yerə qoymağa və Türkiyə ilə savaşı dayandırmağa çağırış edəcək. Qəzet yazır ki, Öcalan həmçinin PKK-nın İraq və Suriyadakı döyüşçüləri, eləcə də Avropadakı tərəfdarlarına səslənəcək. Çağırışın ya məktub, ya da videomüraciət formasında olacağı deyilir.

TGRT televiziyası isə Öcalanın müraciətinin ən geci fevralın ortasına qədər ola biləcəyini yazıb.

Qeyd edək ki, son həftələrdə Öcalanı Türkiyəni DEM partiyasının nümayəndələri ziyarət ediblər. Bu Türkiyənin hakim koalisiyasında yer alan MHP-nin sədri Dövlət Baxçalının Öcalanla bağlı çağırışında sonra baş verib.

Əliyar Xəlil
Globalinfo.az