Nyu-Yorkda İLK: müsəlman namizəd qalib oldu

Nyu-Yorkda İLK: müsəlman namizəd qalib oldu

Zöhran Məmdani Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədri olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.

Bildirilib ki, o, səslərin 50,6 faizini toplayıb.

    “Məmdani müstəqil namizəd Endryu Kuomodan təxminən 9 xal öndə olub. Kuomo səslərin 41,4 faizini, Respublikaçı namizəd Körtis Sliva isə 7,3 faizini toplayıb”, – deyə bildirilib.

    Beləliklə, 34 yaşlı Məmdani Nyu-York şəhərinin ilk müsəlman bələdiyyə sədri olaraq tarixə düşüb.