Növbəti hədəf UNESCO? – ABŞ təşkilatla bağlı qərar verdi

Növbəti hədəf UNESCO? – ABŞ təşkilatla bağlı qərar verdi

ABŞ UNESCO-da üzvlülüyü məsələsini yenidən gözdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında paylaşım edilib.

“ABŞ UNESCO-dakı üzvlüyü məsələsinə yenidən baxır. Bu, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi ilə koordinasiya əsasında katib tərəfindən həyata keçiriləcək və 90 gün ərzində tamamlanacaq”, – deyə məlumatda qeyd olunur.

ABŞ hökuməti üzvlüyün yenidən gözdən keçirilməsi barədə qərarı təşkilatın fəaliyyətinin Birləşmiş Ştatların maraqlarına uyğun olub-olmamasının araşdırılması üçün verdiklərini açıqlayıb.

Aysel Əliyeva
Globalinfo.az