Nohurgöldə batdığı deyilən şəxsin kimliyi məlum olub.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, o, Bakı şəhər sakini 40 yaşlı Qəribov İlham İslam oğludur.
Hazırda göldə axtarış işləri davam etdirilir.
***17:07
Qəbələnin Nohurqışlaq kəndi ərazisindəki göldə batan şəxsin bəzi əşyaları tapılıb.
Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Nohurgöldə batdığı iddia olunan şəxsin çantası göl kənarında aşkar edilib.
Çantanın içərisində onun paltarları, şəxsiyyət vəsiqəsi və telefonu olub.
Hazırda FHN-nin xilasediciləri tərəfindən meyitin tapılaraq, çıxarılması istiqamətində tədbirlər görülür.














