Bu gün Tovuz şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi PeşəFest adlı layihə çərçivəsində tədbir keçirilib.
Globalinfo.az bildirir ki, tədbirdə Milli Məclisin deputatı Nizami Səfərov da iştirak edib.
PeşəFest ölkənin müxtəlif bölgələrində müxtəlif peşələri yaxından tanımaq, mütəxəssislərlə ünsiyyət qurmaq və karyera seçimini düzgün istiqamətləndirmək imkanını yaradır.
Tədbirdə çıxış edən Nizami Səfərov PeşəFest layihəsinin xüsusilə gənclər və digər peşə fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşlarımız üçün daha faydalı imkanlar yaradacağını vurğulayaraq onlara uğurlar arzulayıb.









































