Nizami Gəncəvi haqqında yeni film çəkildi

Nizami Gəncəvi haqqında yeni film çəkildi

Dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında “Sevgi hekayəsi” adlı bədii film çəkilib.

Globalinfo.az bildirir ki, bunu Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov Azərbaycan-Türkiyə İkinci Birgə Mədəniyyət Komissiyasının iclasında deyib.

O bildirib ki, ekran əsərinin təqdimatı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində olacaq: “Tammetrajlı filmdə şairin həyat və yaradıcılığından bəhs edilir”.