“Nikosayağı”nın atası qəzadan danışdı: “Oradan gəlirmişlər…”

“Nikosayağı”nın atası qəzadan danışdı: "Oradan gəlirmişlər..."

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı atası məlumat verib.

Globalinfo.az xəbər verir ki, blogerin atası, tanınmış nevropatoloq Nafiz Mütəllimov Oxu.az-a açıqlamasında oğlunun hazırda reanimasiyada olduğunu bildirib:

“Nicatın qolu amputasiya olunub. Hələ ki reanimasiyadadır. Hadisədən biz sonradan xəbər tutduq. O, dostu ilə şəhərə gedirmiş, TIR-ın altına giriblər. Mərdəkan tərəfdən gəlirmişlər. Maşında iki nəfər olublar. Dostu rəhmətə gedib. Allah rəhmət eləsin!”

Qeyd edək ki, hadisə ilə bağlı cinayət işi başlanıb.