Nigeriyada yanacaq tankeri partlayıb, 15 nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Ölənlər arasında üç nəfərin azyaşlı olduğu deyilir.
Xatırladaq ki, yanvarnı 18-də də bənzər hadisə yaşanmışdı. Nigeriyada digər yanacaq tankerinin partlaması nəticəsində 96 nəfər həyatını itirmişdi.
Əliyar Xəlil
Globalinfo.az














