Niderland Polşaya NATO ərazisinin müdafiəsi üçün HHM vasitələri göndərəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, təchizat paketinə iki “Patriot” hava hücumundan müdafiə raket sistemi (ZRK) və təxminən 300 hərbçi daxildir.
“Bu qüvvələr eyni zamanda Ukraynaya dəstək üçün də istifadə oluna bilər”, məlumatda bildirilib.














