Rusiyadan Nəsrullahın öldürülməsinə reaksiya

Rusiyadan Nəsrullahın öldürülməsinə reaksiya

“Rusiya “Hizbullah” qruplaşmasının lideri Həsən Nəsrullahın öldürülməsini və Livana endirilən aviazərbələri pisləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Rusiya tərəfi bu cür hərəkətləri pisləyir və baş verənlərin regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olduğuna inanır:

“Livanda yaşayış məhəllələrinin bu cür bombalanması çoxlu sayda insan tələfatına səbəb olur. Bu da istər-istəməz Qəzzada gördüyümüz kimi humanitar fəlakətlə nəticələnir”.