Neftçalada dəhşətli qətl: ər arvadını dəlmə-deşik etdi

Neftçalada dəhşətli qətl: ər arvadını dəlmə-deşik etdi
Neftçala rayonunda qətl hadisəsi baş verib.

Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Qaraymanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Tağıyeva Şəhla Telman qızı ailə münaqişəsi zəminində əri tərəfindən çoxsaylı bıçaq zərbəsi alıb.

Yaralı qadın Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.