Neftçala ilə bağlı son dəqiqə xəbəri – Tənzilə Rüstəmxanlı…

Neftçala ilə bağlı son dəqiqə xəbəri - Tənzilə Rüstəmxanlı...

“Oracle Advisory Group” şirkəti sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı exit-pollun natamam nəticələrini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nəticələrdə sürpriz adlar müşahidə olunur.

Belə ki, müxalifətdən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev,  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli və Ana Vətən Partiyasından Günay Ağamalı ilkin nəticələrə əsasən irəlidədirlər.

Ölkənin diqqətinin  olduğu əsas Neftçala seçki dairəsində isə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin müşaviri Tənzilə Rüstəmxanlı irəlidədir.

Xatırladaq ki, onun əsas rəqibi Vəfa Nağı seçki kampaniyası dövründə dəfələrlə Tənzilə Rüstəmxanlının posterlərini sökdürüb. Həmçinin ondan DSK-ya şikayət etdiyini bildirib.

T.Rüstəmxanlının Neftçalada məsələ ilə bağlı açıqlamaları gündəm olmuşdu.

İrəliləyən dəqiqələrdə “exit-poll”un ilkin nəticələri dəyişə bilərəm. Lakin  VHP-nin namizədinin qələbə qazanacağı güman edilir.

Əliyar Xəlil
Globalinfo.az