Neft Emalı Zavodundakı yanğın söndürüldü – VİDEO

Neft Emalı Zavodundakı yanğın söndürüldü - VİDEO

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un hadisə yerinə cəlb olunmuş əməkdaşı xəbər verir.

Neft Emalı Zavodundakı yanğın söndürüldü - VİDEO Neft Emalı Zavodundakı yanğın söndürüldü - VİDEO Neft Emalı Zavodundakı yanğın söndürüldü - VİDEO

***12:53

Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğına helikopterlər cəlb olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

***12:07

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a FHN-dən məlumat verilib.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub”, – nazirlikdən bildirilib.

***11:51

Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.