Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahının sabiq rəisi general-polkovnik Nəcməddin Sadıkovun yeni görüntüləri müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, videoda Nəcməddin Sadıkovla yanaşı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev də yer alıb.
Məlumata görə, görüntülər sentyabrın 27-də və 28-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin açıq manejində “Mahir Muradov Kuboku” uğrunda keçirilən yarışlarda çəkilib.
Xatırladaq ki, Nəcməddin Sadıkov 2020-ci ilin oktyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsindən azad edilib.
Zaira Akifqızı
Globalinfo.az















