“ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqun Ermənistana səfəri zamanı onunla görüşməyimə icazə verilmədi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndəsi Lilit Qalstyan deyib.
O, Y.Borqun səfər tarixini öyrənmək və onunla görüşmək istədiyini, lakin Xarici İşlər Nazirliyi (XİN) və bəzi ölkə rəsmilərinin maneə yaratdığını bildirib:
“Mən ATƏT rəsmisi ilə görüşüb, ölkədəki real vəziyyət barədə ona məlumat verəcəkdim. Lakin Y.Borq əvvəlcə spiker Alen Simonyan, sonra isə XİN-in digər rəsmiləri ilə görüşəcəyini, vaxtın olmayacağını dedilər. Məni onunla görüşüb danışmağa qoymadılar, lakin əvəzində ATƏT PA-da hər şeyi danışacağam”.
Ayşən Mustafa
Globalinfo.az














