Neçə jurnalistin adı Media Reyestrinə daxil edilib?

Neçə jurnalistin adı Media Reyestrinə daxil edilib?

İndiyədək Media Reyestrinə 181 media subyekti daxil edilib.

Globalinfo.az bildirir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva APA-nın sorğusuna cavab olaraq deyib.

Səidə Şəfiyeva bildirib ki, həmçinin, jurnalistlərdən 190-a yaxın jurnalistin adı reyestrə daxil edilib.

Onun sözlərinə görə, media subyektlərinin müraciətlərinə “Media haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nın 6.5-ci bəndinə uyğun olaraq baxılır və nəticəyə uyğun olaraq müvafiq qərar qəbul edilir.