dunya 11

Alimlər kainatın sonu ilə bağlı yeni və daha təhlükəli ehtimal üzərində dayanıb.

Globalinfo.az xəbər verir ki, fiziklər “saxta vakum çökməsi” (false vacuum decay) adlanan nəzəri prosesi ilk dəfə laboratoriya şəraitində simulyasiya ediblər.

Bu ssenariyə görə, kainat əslində ən sabit enerji vəziyyətində olmaya bilər və qəfil keçid baş verərsə, bütün kainat işıq sürəti ilə yox ola bilər.

Araşdırmalarda qeyd olunur ki, bu proses zamanı “gerçək vakum qabarcığı” yaranır və bu qabarcıq sürətlə genişlənərək qarşısına çıxan hər şeyi – fizika qanunları daxil olmaqla dəyişdirir:

“Belə bir hadisənin başvermə ehtimalı azdır və milyardlarla il çəkə bilər. Aparılan təcrübələrin məqsədi isə kainatın sonunu gətirmək deyil, bu prosesin necə işlədiyini daha yaxşı anlamaqdır. Əgər belə bir çöküş baş versə, onu müşahidə etmək mümkün olmayacaq, çünki hadisə baş verdiyi anda hər şey yox olacaq”.

Tahir Turan
Globalinfo.az

Paylaş: