Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin Xəzər Rayon Şöbəsinin əməkdaşı Rövşən Eynullayev həbs edilib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, kiçik tibb işçisi vəzifəsində çalışan 1994-cü il təvəllüdlü Rövşən Eynullayevə Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham elan edilib.
Bundan başqa, R.Eynullayevin iş yoldaşı olan həkimdən ona MİDA-nın inşa etdiyi binadan güzəştli şərtlərlə mənzil almağa kömək edəcəyi vədi ilə 3700 manat alması da üzə çıxıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 avqust tarixli hökmü ilə Rövşən Eynullayevə 6 il 6 ay həbs cəzası verilib. Ona qarşı qaldırılmış mülki iddia da təmin edilib. Təqsirləndirilən şəxsdən 55 min manat məbləğində pul tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.














