Nazirlər toplandı, tapşırıq verildi – Bakı “xilas” olacaqmı?

Nazirlər toplandı, tapşırıq verildi – Bakı “xilas” olacaqmı?

Hökumət son günlər intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.

Nə dəyişəcək? Hansı qərarlar verildi? Növbəti dəfə normadan artıq yağış yağanda eyni hadisə baş verməyəcək?

Globalinfo.az-a danışan Milli Məclisin komitə sədri Fazil Mustafa deyib ki, məsələ ilə bağlı hökumətin narahatlığı başa düşüləndir:

Nazirlər toplandı, tapşırıq verildi – Bakı “xilas” olacaqmı?

Fazil Mustafa

“İnsan ölümü ilə nəticələnən təbii fəlakət hadisəsi baş verib. Yağışın normadan artıq düşməsi bu problemi yaradan əsas amildir. Bu prosesə hazırlıq işləri də lazımi səviyyədə aparılmalıdır. Bundan sonra iqlim dəyişikliklərinin nə qədər fəlakətli fəsadlar törədəcəyini proqnozlaşdırmalıyıq. Sözügedən sahədə görülən işləri intensivləşdirmək lazımdır. Məsələyə ciddi yanaşılmalıdır. Paralel şəkildə paytaxt Bakının həddindən çox yüklənməsi də bu kimi fəsadlara şərait yaradır. Hökumət bu məsələyə xüsusi diqqət yetirəcək və yaxın gələcəkdə konkret fəaliyyət proqramı təmin olunacaq. Məsuliyyətli şəxslərin də məsələyə münasibətini aydınlaşdırıb ortaya qoymaq lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az