Nazirdən yeni təyinatlar

Nazirdən yeni təyinatlar

Bakı şəhər Baş Polis İdarəsinə rəis müavini təyin edilib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Eldəniz Məmmədov Bakı Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.

Eldəniz Məmmədov əvvəllər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini olub.

X X X

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, Polis kapitanı Pərviz Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsindən azad olunub.

P Məmmədov müvafiq əmrlə Gədəbəy Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin rəisi təyin edilib.