Naxçıvanla bağlı daha bir mühüm addım

Naxçıvanla bağlı daha bir mühüm addım

Naxçıvan Muxtar Respublikasında DOST Mərkəzi yaradılacaq.

Globalinfo.az bildirir ki, bunu Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır:

“2025-ci ilin sonunadək 17 regional “DOST” mərkəzinin və 55 rayon filiallarının istifadəyə verilməsi nəzərdə tutulub”.